Hamamda soyunub kameraya çəkən qızdan gözlənilməz hərəkət - FOTO

10 May 2021 09:34

Türkiyədə çox maraqlı və hər kəsin diqqətini cəlb edəcək sosial çarx çəkilib.

Milli.Az azerforum-a istinadla bildirir ki, insanların diqqətini suyun boşa sərf edilməsi kimi ciddi problemə cəlb etmək üçün hamama girib soyunmağa başlayan qızdan istifadə edilib.

Kadrlarda hamama başqa məqsədlə yerleşdirilmiş gizli kamera və kameradan xəbərsiz kimi davranan gənç qız görünür. Qız soyunmaya başlayor və bir müddət sonra hamama kamera yerləşdirildiyindən xəbər tutur. Videonu izləyən hər kəs qızın soyunacağını gözlədiyi halda, o insanlara sosial mesaj göndərir:

"Məni izləyirsən, elə deyilmi? Bir şey olsun deyə gözləyirsən... Üzərimdəki hər şeyi çıxaracağımı gözləyirsən? Mən bunları edənə qədər eləcə ekranın başında gözləyəcəkdin, elə deyilmi? Amma bunların heç biri olmayacaq. Qəti olaraq heç biri! Burada edəcəyim tək bir şey açıq buraxdığım su kranını bağlamaq olacaq. Çünki su boş yerə sərf olunur. Bu dünyada suya möhtac o qədər insanlar var ki! Bu üzdən sizdən bir ricam var. Suya sahib çıxın, suyu israf etməyin. Su çox bahadır, onu əldə etmək asan deyil".

Milli.Az