ABŞ-da iftar süfrəsi təşkil edildi

9 May 2021 22:20

ABŞ-ın Nyu-Cersi ştatının Klifsayd Park şəhərində ənənəvi Qədr gecəsi üçün küçədə iftar məclisi təşkil edilib.

Milli.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, iftar məclisində şəhərdə yaşayan türk və müsəlman ailələr bir araya gəlib. Havanın yağışlı olmasına rəğmən, iftara 500-ə yaxın insan qatılıb.

Tədbirə Türkiyənin Nyu-York konsulluğunun təmsilçiləri, şəhərin bələdiyyə və polis təşkilatının səlahiyyətli nümayəndələri də qatılıb.

İftardan sonra gələnlərə hədiyyələr verilib. (publika.az)

Milli.Az