Azərbaycanlı futbolçuların komandası mövsümü məğlubiyyətlə bitirdi

9 May 2021 22:25

Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçular - Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.

Sözügedən komanda 26-cı tur çərçivəsində doğma meydanda Poltava "Vorskla"sı ilə qarşılaşıb. "Minay" bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 60-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Minay" 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub. Bu komanda növbəti mövsümdən aşağı liqada mübarizə aparmalı olacaq.

Milli.Az