Fransada qar uçqunu: Ölənlər var

9 May 2021 21:50

Fransanın Savoy bölgəsində dağlıq ərazilərdə ard-arda iki qar uçqunu baş verib.

Milli.Az "Sözcü"yə istinadla xəbər verir ki, hadisə nəticəsində 7 alpinist dünyasını dəyişib.

Bununla da son bir həftədə qar uçqunu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Uçqunlar 2642 metr yüksəklikdəki Valloir qəsəbəsinin yaxınlığında və 3779 metr hündürlüyə malik Mont Pourri bölgəsində qeydə alınıb. (publika.az)

Milli.Az