Hemilton İspaniya Qran Prisinin qalibi olub

9 May 2021 21:45

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə İspaniya Qran Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.

Qeyd edək ki, "Formula-1"-in növbəti mərhələsi 20-23 may tarixlərində Monakoda təşkil ediləcək.

Milli.Az