Super Liqa klubu Yılmaz Vuralı istefaya göndərdi

9 May 2021 19:20

Türkiyənin "Ərzurumspor" klubunda baş məşqçi Yılmaz Vural ilə yollar ayrılıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vuralla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
"Ərzurumspor" Super Liqanın 40-cı turu çərçivəsində dünən doğma meydanda "Kasımpaşa"ya uduzub - 0:1. Komanda hazırda turnir cədvəlində 19-cu sıradadır.

Milli.Az