Dərinizi cavanlaşdırmağın ətirli yolu

9 May 2021 17:34

Xoş qoxulu gül suyu dəri baxımında istifadə olunur. Təbii və xəfif olduğu üçün üzü nəmləndirir və rahatlaşdırır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cildə təbii şəkildə parlaqlıq qazandıraraq, yumşaldan gül suyunun faydalarını təqdim edir:

Gül suyu dərini canlandırmaqla yanaşı həmçinin, bərpaedici olduğu üçün hər insana müsbət təsir göstərir.

İçindəki vitamin və minerallar sayəsində infeksiyaların sağalmasında və problemlərin həllində istifadə olunan təbii məhsuldur.

Həmçinin göz altındakı göyərtilərin keçməsi üçün gül suyu istifadə edilir.

Cilddə əmələ gələn qızartıları azaldır və sızanaqları yox edir. Üzünüzdəki ləkələrin də təmizlənməsinə xeyirlidir.

Sabun və bəzi üz təmizləyici məhsulları çox istifadə etmək cildinizə zərər verir. Gül suyu bu problemi də həll edərək, onu qoruyur.

Bundan başqa gül suyu cildin yenilənməsinə kömək edərək, yaşlanmasına qarşı mübarizə aparır.

Milli.Az