Ermənistanda COVİD-19-a yoluxanların sayı 219270 nəfərə çatıb

9 May 2021 16:27

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 219270 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 178 nəfər COVİD-19-a yoluxub, 9nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4234 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1039 nəfərə yüksəlib.

Milli.Az