Cəlilabadda mikroavtobus avtomobillə toqquşub - Yaralılar var - FOTO

9 May 2021 14:57

Cəlilabadda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Uzuntəpə kəndi ərazisində Niyaməddin Xubalıyevin idarə etdiyi "Vaz 2107" markalı avtomobili hərəkətdə olarkən əks-istiqamətdə hərəkət edən, Heydərov Şəmşir Yusif oğluna məxsus mikroavtobusla toqquşub.

Qəza nəticəsində Vaz 2107 markalı avtomobilin sürücüsü və avtomobildə olan 2 sərnişin ağır bədən xəsarətləri alaraq Cəlilabad MRX-a çatdırılb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə "Vaz 2107" markalı avtomobilin sürücüsünün döngədə sürət həddini düzgün seçməməsi səbəbindən baş verib.

Faktla bağlı rayon Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az