Hindistanda son sutkada 403,7 min nəfər koronavirusa yoluxub

9 May 2021 13:41

Hindistanda son sutka ərzində 403,7 min nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda Hindistan koronaviursa yoluxanların sayına görə dünyada ikinci sırada qərarlaşıb. İndiyə qədər ölkədə 22,3 milyon nəfər COVİD-19-a yoluxub, 242 min nəfər ölüb.

Milli.Az