Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

9 May 2021 10:54

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı veteranları təbrik edib.

Milli.Az xəbər verir ki, səfir tviter hesabında bununla bağlı təbrik mətni paylaşıb.

Mətndə deyilir: "Azərbaycan xalqını 9 may - Faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycana sülh, əminamanlıq və xoş gələcək arzulayıram".

Milli.Az