Bakı sakinini avtomobil vurub

9 May 2021 08:49

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində baş verib.

1981-ci il təvəllüdlü İsmayılov Abbas İsfəndiyar oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az