Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirləri qadağan ediləcək

9 May 2021 07:55

Malayziya hakimiyyəti ölkə daxilində sərbəst hərəkətə qadağa qoyacaq. Həmçinin ölkədə koronavirusa yoluxanların sayının artması fonunda kütləvi sosial və iqtisadi tədbirlərin çoxu dayandırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə The Straits Times qəzeti Malayziya Müdafiə naziri İsmayıl Sabri Yakoba istinadən xəbər verib.

Nazir bildirib ki, məhdudiyyətlər mayın 10-dan iyunun 6-dək qüvvədə olacaq, lakin iki həftə sonra qərar yenidən nəzərdən keçirilə bilər: "Polisin xüsusi icazəsi olmadan ölkə daxilində - şəhərlər, rayonlar və əyalətlər arasında hər hansı bir hərəkət qadağandır".

Onun sözlərinə görə, bu dövrdə təhsil, iqtisadiyyat sahələrində da daxil olmaqla toy, əyləncə və digər kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Milli.Az