Bakıda mənzilə maskalı basqın

29 Aprel 2010 12:24
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, iki maskalı şəxs Azad Qəmbərovun evinə basqın ediblər. Maskalılar ev sahibinin 17 yaşlı oğlu Elvin Qəmbərovu aldadarq mənzilə daxil olublar. Bundan sonra quldurlar Elvini hədələyərək əl-qolunu bağlayıb və evdə axtarışa başlayıblar. Onlar evdən qızıl-zinnət əşyaları və pul aparıblar.
Faktla bağlı cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az