Aparıcı sevgilisi üçün 9 milyona ev aldı - FOTO

8 May 2021 19:01

Türkiyəli aparıcı Ece Erken üçün sevgilisi Şafak Mahmudoğlu sərvət dəyərində hədiyyə alıb.

Mİlli.Az axşam.az-a istinadən xəbər verir ki, Mahmudoğlu 42 yaşlı aparıcı üçün 9 milyon lirəyə (təxminən 1 milyon 847 min manat) 300 kvadratmetr sahəsi olan ev alıb. 

Qeyd edək ki, cütlüyün tezliklə evlənəcəyinə dair xəbərlər yayılıb.

Milli.Az