Qapıda polisi görən qadından qəribə hərəkət - VİDEO

8 May 2021 17:01

Mersində (Türkiyə) törətdiyi bir çox cinayətlərə görə axtarışda olan və şərti adı S.E. polisin qapıda onu tutmağa gəldiyini görəndə eyvandan qaçmaqla problemi həll etməyə çalışıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, hündürmərtəbəli binanın eyvanlarından keçə-keçə qaçmağa çalışıb. Onun bu qaçış səhnəsi isə kameralara düşüb.  Oğurluq, narkotik ticarəti kimi cinayətlərə görə axtarılan şəxs ələ keçirilib.

Kamran Seyidov
Milli.Az