Zaqatalada əsgər özünü güllələyib

8 May 2021 11:21

Zaqatalada hərbi hissədə intihar olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Milli.Az