Ginnesin rekordları kitabına adını yazdıran amerika futbolunun ulduzu Rob Qronkovskinin həyat yoldaşı məşhurluqda ondan geri qalmır.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Kamilla Kostek çimərlik paltarları modeli kimi ad çıxarıb.
Teleaparıcı kimi də milyonlar önünə çıxan xanım yeni mövsüm üçün çimərlik geyimlərini nümayiş etdirib. Gözəlliyi ilə qəlbləri oxşayan Kamilla seksual kolleksiyada iştirakçı olmaqdan da çəkinməyib.
Qeyd edək ki, Rob 185 m hündürlükdə uçan helikopterdən atılan topu tutması ilə tarixə düşüb.
Milli.Az