Məşhur şoumen ekranlara dönür

8 May 2021 13:11

Uzun müddət sonra sağlamlığına qovuşan türkiyəli şoumen Mehmet Əli Ərbil ekranlara qayıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 64 yaşlı məşhur sevilən proqramı "Çarkıfələk"lə yenidən tamaşaçı qarşısına çıxacaq. O, fərqli formatlı layihələrdən təklif alsa da, bu verilişlə sevildiyi üçün belə qərar verdiyini açıqlayıb. Ərbil proqramın sürpriz bir kanalda efirə gedəcəyini bildirib.

Qeyd edək ki, "Çarkıfələk" verilişi Qurban bayramında yayımlanmağa başlayacaq.

Milli.Az