Meksikada metro faciəsində ölənlərin sayı artdı

8 May 2021 18:01

Mayın 3-də Meksikanın paytaxtı Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yaralı 33 nəfər xəstəxanalarda müalicə olunur, 53 nəfər isə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, ölkədə metro faciəsi ilə əlaqədar 3 günlük matəm elan olunmuşdu.

Milli.Az