Moskvada qaynaq sexində güclü yanğın: 5 nəfər ölüb

8 May 2021 08:48

Moskvanın Mıtişi rayonunda qaynaq sexində baş verən güclü yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir nəfərin yanmış cəsədi alov söndürüləndən sonra tapılıb.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Yaşayış olmayan ikimərtəbəli panel binada başlanan yanğın 225 kvadrat metr ərazini əhatə edib.

Alovun söndürülməsinə 38 yanğınsöndürən, 11 texnika cəlb edilib. Yanğın söndürülüb.

Milli.Az