Sumqayıtın Tarix Muzeyində təmir başa çatıb
29 Aprel 2010 12:06
Sumqayıt şəhər İcra Hakimiyyətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yaxın gələcəkdə muzey istifadəyə veriləcək. Yeni ekspozisiyaların müasir texniki vasitələrdən istifadə etməklə tərtibatı, iş yerlərinin müasir avadanlıqlarla təminatı ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Muzeydə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənmiş fərdi tərtibat layihəsi əsasında yeni ekspozisiyanın tərtibat işləri, avadanlıq hazırlanması, xüsusi işıqlandırma işləri aparılır. Bununla yanaşı muzeyin mövzu-ekspozisiya planına əsasən muzey əşyalarının yerləşdirilməsi işi də görülür. Hazırda tərtib olunan yeni ekspozisiya mətninin hazırlanması prosesi gedir.
Sumqayıtın Tarix Muzeyinin əsas mövzu strukturu və xronoloji çərçivəsi XX əsrin 30-cu illərindən başlayaraq müasir dövrə qədər vaxtı əhatə edir. Muzeyin fondunda 15 000-dən artıq eksponat mövcuddur.
Milli.Az