Ermənistanda vəzifəli şəxslər həbs edildi

11 May 2021 23:27

Ermənistanın paytaxtı Yerevanın Kentron Rayon İcra Hakimiyyəti başçısının müavini Armen Azizyan və icra hakimiyyətinin şöbə müdiri Manvel Marqaryan həbs ediliblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həbslərə səbəb hər iki vəzifəli şəxsin davada iştirakıdır.

Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Armen Azizyan Cinayət Məcəlləsinin 309-cu maddəsinə (vəzifə səlahiyyətlərinin aşılması, silah və ya xüsusi vasitələrdən istifadə ilə əlaqəli zorakılıq) əsasən həbs edilib. Hadisənin digər iştirakçısı isə 258-ci maddə (xuliqanlıq, insan sağlamlığına orta ağırlıqlı xəsarət yetirmə) ilə saxlanılıb.

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Armen Azizyanın tabeliyində olan şəxsi döyməsi barədə məlumat yayılıb.

Milli.Az