Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib - FOTO

7 May 2021 16:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramanı qəsəbəsində yerləşən "Nur Uşaq Evi" kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlaışdan (rentgen, usm, qanın ümumi analizi və s.) keçirilib, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb.

Milli.Az