Azərbaycanlılar Türkiyə vətəndaşının milyon yarımını apardılar - MOLDOVADA

7 May 2021 16:40

Moldovada iki azərbaycanlı Türkiyə vətəndaşına qarşı quldurluq edib.

Mİlli.Az-ın lent.az-a istinadən məlumatına görə, 45 yaşlı Türkiyə vətəndaşını tapançayla hədələyən azərbaycanlılar əvvəlcə onun "Range Rover" markalı avtomobilini ələ keçiriblər. Bundan sonra isə ondan 1 600 000 ley (təxminən 90 min dollar) pulunu alaraq qaçıblar.

Amma soyğunçulardan biri qısa müddət ərzində saxlanılıb. Digəri barədə isə axtarı. elan edilib.

Milli.Az