Vilayət Eyvazov polis kapitanını rəis müavini təyin etdi

11 May 2021 20:51

Daxili İşlər orqanlarında yeni təyinat olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Azər Şahbazov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəis müavini təyin edilib.

O, bu təyinata qədər Siyəzən Rayon Polis Şöbəsində çalışıb.

Milli.Az