"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib

11 May 2021 19:10

ABŞ-ın "SpaceX" şirkəti ötən gün "Starship" kosmik gəmisinin prototipinin uçuş sınaqlarını keçirib. Sınaqların yekunu olaraq Marsa uçuşlar üçün nəzərdə tutulmuş kosmik gəmi şaquli vəziyyətdə eniş edə bilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, sınaqlar "Youtube" video paylaşma platformasında yayımlanıb.

"Starship" kosmik gəmisinin prototipi bir neçə dəqiqə ərzində təxminən 10 km yüksəkliyə qalxıb.

Bundan sonra, gəmi Boka-Çika rayonunda (Texas ştatı) yerləşən başlama kompleksinin yanında yerləşən sahəyə uğurlu eniş edib.

Milli.Az