Volkswagen yenilənmiş modelinin görüntülərini yayıb

11 May 2021 21:10

Volkswagen şirkəti yenilənmiş Tiguan Allspace modelini təqdim etməyə hazırlaşır. 2017-ci ildən bəri dünya müzrə 1,5 milyon Tiguan Allspace modeli satılmışdır ki, bu da Tiguan ailəsinin satışlarının 55 faizini təşkil edir! İş orasındadır ki, Çin bazarındakı əsas tələbat uzunbazalı Tiguan L modelinin payına düşür, Şimali Amerika bazarında isə yalnız Allspace versiyası təklif olunur.

Milli.Az ted.az-a istinadən bildirir ki, uzunbazalı krossoverlər yalnız Çin (daxili bazar üçün) və Meksikada (Avropa da daxil olmaqla digər bazarlar üçün) istehsal olunurlar.

Milli.Az