«Barselona»nın qapıçısı «İnter»in məşqçisi ilə əlbəyaxa oldu – VİDEO

29 Aprel 2010 11:57
Çempionlar Liqasının "Barselona" ilə "İnter" arasında ötən gecə keçirilmiş yarımfinal qarşılaşmasının sonunda kataloniyalıların qapıçısı Viktor Valdeslə italiyalıların baş məşqçisi Joze Mourinyo az qala dava edəcəkmişlər. Avropa mətbuatı onların arasında ani davam edən toqquşmanın böyüməsinə hakimlərin imkan vermədiyini yazır. Matçın bitməsi ilə komandasının finala yüksəlməsindən sevinən Mourinyo meydana qaçıb və azarkeşlər önündə jestlər etməyə başlayıb. Bu zaman Valdes portuqaliyalı mütəxəssisi oradan uzaqlaşdırmağa çalışıb. Sonda qapıçı baş məşqçiyə istəyini zorla qəbul etdirməyə çalışsa da, tez özünü yetirən hakim bunun qarşısını alıb.

Xatırladaq ki, qarşılaşma 1:0 hesabı ilə "Barselona"nın qələbəsilə bitsə də, ilk oyunda 3:1 hesablı qələbə qazanmış "İnter" finala yüksəlib.

Milli.Az