Neyro şəbəkələr qan damarlarının daralmasını aşkar etməyi bacarıb

11 May 2021 19:30

Beynəlxalq alimlər qrupu diaqnostik görüntülərdə ürək damarlarının daralmasını tapan alqoritm hazırlayıb. Model real vaxtda problemli sahələri dəqiq müəyyənləşdirə bilir. Bu, kardioloqlara avtomatik olaraq patoloji dəyişiklik yaranmış sahələrini təyin etməyə kömək edəcək. Günümüzdə tibb sahəsində, ağciyərlərin çəkilmiş şəklini sürətli və dəqiq təhlil etmək üçün kompyuter proqramlarının imkanlarından geniş istifadə olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sinir şəbəkəsi prinsip etibarı ilə insan beyninə bənzər bir vasitədir. İçərisində məlumatlar üzərində sadə riyazi əməliyyatlar həyata keçirən çoxlu neyron var. Çox sayda nümunəyə əsaslanaraq, sinir şəbəkəsi nəticənin əldə edilməsi üçün hansı neyronların daha çox, hansılarının daha az tövhə verdiyini təyin edir. Belə bir məlumat yığımı əldə etdikdən sonra, proqram əldə edilmiş qanunauyğunluğu yadda saxlayır və onları yeni, xam məlumatlara tətbiq edir.

Milli.Az