Gənc yaşda olarkən qocalmamağın yolu

11 May 2021 21:30

Yaponiya Seva Tibb Universitetinin professoru, gənc yaşda qocalmamağın yolunu açıqlayıb. Həkim Hiroşi Hiraizumi yaşlanma hissinin, fiziki fəaliyyətin az olduğunun göstəricisi olduğunu bildirir. Beləliklə, o, müntəzəm olaraq dartınma (sallanmaq, əzələ və oynaqları maksimum dərəcədə büküb-açmaq) hərəkətlərini yerinə yetirməklə əzələləri və bədəni tonusda saxlamağı məsləhət görür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həkim deyir: "Əzələlər elastik olur, qan dövranı yaxşılaşır, əzələlərin və orqanların maddələr mübadiləsi aktivləşir, bu da qocalmanın qarşısını alır". Bundan əlavə, həkim ev şəraitində olan iş rejimi ilə əlaqəli idman etməyin vacibliyini vurğulayıb. Mütəxəssis bəzi məşqlər, hətta pilləkəndə edilə biləcəyini söyləyib. Bu şəraitdə müxtəlif fiziki hərəkətlər etməklə gün ərzində gümrah olmağa nail olmaq olar.

Mütəxəssislər bədəni cavan saxlayan bir sıra məhsulları da qeyd edib. Onlardan əsasən qozu qeyd etmək olar. Qoz xolesterol səviyyəsini tənzimləyən və ürək xəstəliyinə tutulma riskini azaldan omeqa-3 turşuları ilə zəngindir.

Milli.Az