Nəşi tapılan şəhidlə bağlı RƏSMİ AÇIQLAMA

7 May 2021 12:26

Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən və yaxın günlərdə nəşi tapılan kapitan Əbülfəz Rəhmətovla bağlı açıqlama verib.

Qurumdan Milli.Az-a daxil olan məlumatda qeyd edilir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Milli.Az