Ümidlərin üstündən xətt çəkildi: 6 ay sonra hazır olun

7 May 2021 10:31

"Moderna" dərman şirkətinin icraçı direktoru Stefan Bancel koronavirus pandemiyası barədə bədbin proqnoz verib.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, onun sözlərinə görə, pandemiya yaxın aylarda bitməyəcək. Üstəlik koronavirusun yeni növləri ortaya çıxacaq:

"Dünya miqyasında yeni növlərin ortaya çıxması davam edir. Gələcək 6 ay ərzində cənub yarımkürəsində qış aylarında koronavirusun çox sayda yeni növlərinin ortaya çıxacağını gözləyirik".

Bancelin sözlərinə görə, pandemiya ilə mübarizədə əlavə peyvəndlərə ehtiyac var. İcracı direktor "Moderna" şirkətinin son 5 ayda 1,7 milyard dollarlıq peyvənd satdığını bildirib.

Qeyd edək ki, pandemiyanın yaxın 1 il ərzində səngiyəcəyinə dair fikirlər səsləndirilmişdi.

Milli.Az