Daha 3 qazimiz əməliyyat olundu - FOTO

7 May 2021 10:51

"YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Elnur Qurbanlının, Ağaəli Quliyevin və Fuad Məlikovun əməliyyat xərcləri qarşılanıb.

Bu barədə Milli.Az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Milli.Az