Müğənni Vaqif Nağıyev ikinci dəfə ata olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin qızı dünyaya gəlib. O, övladına Milana adını qoyduğunu bildirib.
"Ailəmizə xoş gəldin, şahzadəm. Ad günümə olan ən gözəl hədiyyə" deyə, V.Nağıyev bildirib.
Qeyde dək ki, Ukraynada yaşayan Vaqif Elmira adlı xanımla ailə qurub. Cütlüyün Alen adlı bir oğlu da var.
Milli.Az