Dünya bazarlarında təbii qazın bahalaşması davam edir

7 May 2021 10:14

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az bildirir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 0,03% artaraq 2,932 ABŞ dolları təşkil edib.

Milli.Az