Bakıda dava: bir nəfər bıçaqlanıb

7 May 2021 09:19

Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.

Milli.Az bildirir ki, hadisə Əcəmi Naxçıvani küçəsində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Ağayev Elçin Valid oğlu mübahisə zamanın naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.

Milli.Az