Arif Quliyev vəfat etdi

7 May 2021 01:12

Xalq artisti Arif Quliyev vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.

Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.

Allah rəhmət eləsin!

Milli.Az