Sabiq Maldiv prezidenti partlayışda yaralanıb

6 May 2021 23:39

Maldivlər Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid bu gün Maledə baş verən partlayış nəticəsində yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Maldiv polisi "Twitter" səhifəsində xəbər verib.

Xəbərdə deyilir: "Maleda baş verən partlayışdan sonra Xalq Məclisinin sədri Məhəmməd Naşid yaralanıb, hazırda xəstəxanada müalicə alır".

Polis vətəndaşları partlayışın baş verdiyi ərazidən çəkinməyə çağırıb.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir.

Milli.Az