Britaniyada son sutkada koronavirusdan 13 nəfər ölüb

6 May 2021 22:52

Böyük Britaniyada son sutka ərzində 2613 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 428 553 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 13 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 583 nəfərə çatıb.

Milli.Az