Formata Putin qərar verəcək - ABŞ Dövlət katibi

6 May 2021 22:34

Moskva ilə Vaşinqton arasındakı münasibətlərin gələcək formatına dair qərarı Rusiya prezidenti Vladimir Putin verməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın "ICTV" telekanalına verdiyi müsahibədə deyib: "Rusiya ilə daha sabit, proqnozlaşdırıla bilən bir münasibətə üstünlük verərdik <...> Əslində hazırda bu barədə qərar vermək prezident Putinə qalır. O və Rusiya addımları ilə qabaqcadan gözlənilə bilən və sabit əlaqəyə girmək üçün [ABŞ-la] çalışmaq barədə qərar verə bilərlər".

Milli.Az