"Twitter"in işində problem yaranıb

6 May 2021 18:50

Bir neçə ölkədə "Twitter" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki,  problemlərlə bağlı şikayətlərin əksəriyyəti ABŞ, Yaponiya və Böyük Britaniyadan daxil olduğu bildirilir.

Şikayətlərin əsas hissəsi (60%-i) Yaponiyadan daxil olub. Bu ölkədə "Twitter" hesabına daxil olmaq problemi ilə 700 müraciət qeydə alınıb. İstifadəçilərin 40%-i şəbəkədə paylaşım edə bilmədiklərini bildirib.

Milli.Az