Təhsil naziri sualları cavablandıracaq

6 May 2021 21:14

Təhsil naziri Emin Əmrullayev mayın 8-də, saat 16:00-da "Facebook" səhifəsi üzərindən sualları cavablandıracaq.

Nazirə sualı olanlar (şəxsi müraciət tipli suallar istisna olmaqla) mayın 7-si, saat 18:00-dək rəy bölməsində qeyd edə bilərlər.

Nazirin cavablandıracağı mövzular bunlardır:

Pandemiya dövründə tədrisin təşkili,

Müəllimlərin işə qəbulu və yerdəyişməsi,

Birinci sinfə qəbul,

Təhsil haqqı ödənişlərində sosial paket.

Milli.Az