Roza Zərgərlinin fanatlarına məyusedici xəbər

6 May 2021 16:34

Müğənni Roza Zərgərli yenidən əməmliyyat olunacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" proqramında deyib. O bildirib ki, ayağındakı problemə görə bıçaq altına yatacaq:

"Hamı bilir ki, ayağımda ağrılar olur. Üç il idi ki, ağrıkəsicilərlə yaşayırdım. Səhərimi dərmanla açırdım. Ötən il ilk dəfə martın 6-da əməliyyat olundum. İndi yenidən olacaq. İlk əməliyyatdan sonra ağrılar kəsdi. Bu dəfə ikinci əməmliyyat olunacaq. Gələn il də üçüncü əməliyyatı etdirməliyəm".

Milli.Az