"Üç gün öncə sənə dedim..." - Sərxan Aslanla son görüntülərini yaydı - VİDEO

6 May 2021 18:18

Müğənni Aslan Hüseynovun ağır qəzada vəfat etməsi hər kəsi kədərləndirdi.

Milli.Az big.az-a istinadən xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu Aslanla son görüntülərini yayıb. O, paylaşımına:

"Aslan səninlə sonuncu görüşümüz. Aglıma gəlməzdi ki,axırıncı görüşümüz olacaq. Nə yazım? 3 gün öncə sənə dedim axı anan 76 yaşında ölüb. Allaha üsyan etmə. Allahın işinə qarışmaq olmaz. Aslan bax indi nə oldu? Övladların qaldı yetim. Məkanın cənnət olsun, dost" sözlərini yazıb.

Milli.Az