Nuriyevin komandası "Şaxtyor"la oyuna çıxmaqdan imtina etdi

6 May 2021 21:03

Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Minay" klubu Premyer Liqanın 25-ci turunda bu gün Donetsk "Şaxtyor"u ilə keçirilməli olan matça çıxmaqdan imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna bukmeker kontorlarında matça anomal dərəcədə pul qoyuluşu səbəb olub.

Məsələ ondadır ki, gün ərzində "Minay"ın qələbə əmsalı 27-dən 44-ə yüksəlib. Bundan başqa, oyunda 3-dən çox qolun vurulacağına da böyük məbləğdə pul qoyuluşu edilib. Bəzi bukmeyker kontorları isə artıq bu görüş üçün mərc qəbul etmirlər.

Qeyd edək ki, "Minay" - "Şaxtyor" oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlamalı idi.

Milli.Az