Qərbi Azəri platformasında hasilat bərpa edilib

6 May 2021 12:04

Qərbi Azəri platformasında hasilat bərpa edilib.

BP-dən Milli.Az-a verilən məlumata görə, platformada 2021-ci il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

Proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl - mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb. Hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

Milli.Az