"Qalatasaray"ın prezidenti namizədliyini geri götürdü

6 May 2021 21:02

"Qalatasaray"n prezidenti Mustafa Cengiz qarşıdan gələn seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında növbədənkənar prezident seçkilərində namizəd olmamaq qərarını verdiyini bildirib.

72 yaşlı funksioner 2018-ci ildən "Qalatasaray"a rəhbərlik edir.

Qeyd edək ki, "Qalatasaray"da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.

Milli.Az