Türkiyə Azərbaycana daha 5 MEMATT göndərdi - FOTO

6 May 2021 08:18

Türkiyə Azərbaycana daha 5 mina təmizləyən maşın (MEMATT) göndərib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, MEMATT Türkiyənin "Military Factory and Shipyard Operation" (ASFAT) şirkəti tərəfindən istehsal olunub.

MEMATT 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

MEMATT hazırda Türkiyə Silahlı Qüvvələrində istifadə olunur.

Azərbaycana 20 ədəd belə maşının gətirilməsi üçün müqavilə imzalanıb.

Milli.Az