Konte “Tottenhem”in hədəfində

6 May 2021 08:08

İtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konte yenidən Premyer Liqada çalışa bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Milan təmsilçisini A seriyasının çempionu edən mütəxəssis "Tottenhem"in hədəfindədir.

London klubu italiyalının keçidi ilə bağlı danışıqlara start verməyə hazırlaşır. Konte "İnter"dəki işini prioritet saysa da, İngiltərə variantının da üstündən xətt çəkib.

Qeyd edək ki, Konte İngiltərədə "Çelsi"nin baş məşqçisi kimi də çempionluq yaşayıb.

Milli.Az